Çinin Henan əyalətində daşqınlar nəticəsində həlak olanların sayı 55-ə çatıb.
“İki sahil” “CGTN” telekanalına istinadla xəbər verir ki, leysan yağışları Zhenqzhou şəhərində 44 min hektardan çox kənd təsərrüfatı sahəsinə zərər vurub. Həmçinin, təbii fəlakətin vurduğu birbaşa iqtisadi zərər təqribən 10,12 milyard dollar olaraq qiymətləndirilir.
Bununla yanaşı, Henan əyalətində Sinsyan adlı bölgə və ona yaxın ərazilər də leysan yağışları nəticəsində baş verən daşqınların təsirinə məruz qalıb. Həmin ərazilərdən 9 minə yaxın sakini təxliyyə etmək mümkün olub. Ümumilikdə Henan əyalətində təhlükə doğuran bölgələrdən 376 min nəfərin təxliyyə olunduğu deyilir.