29 iyul 2021 13:51
829

Tanınmış aktyor koronavirusa yoluxdu

Rusiyanın Xalq artisti, tanınmış aktyor Vladimir Steklov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

“İki sahil” xəbər verir ki, yerli medianın yaydığı məlumata görə, ona koronavirus diaqnozu qoyulub.

Qeyd edək Vladimir Steklovun 73 yaşı var. O, 3 yanvar 1948 -ci ildə Qaraqanda şəhərində anadan olub.
"Master və Marqarita" və digər filmlərdə rol alıb.