29 iyul 2021 18:39
947

İsveçrədəki fıstıq meşələri Dünya İrsi Siyahısına salınıb

İsveçrənin Solothurn və Tiçino kantonlarındakı qədim fıstıq meşələri UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib.

“İki sahil” xəbər verir ki, həmin ərazi siyahıdakı “Karpatlar və Avropanın başqa bölgələrindəki qədim və ibtidai fıstıq meşələri” bölümünə salınıb. Sözügedən bölümə həmçinin Fransa, İtaliya, Çex Respublikası, Polşa, Slovakiya, Serbiya, Monteneqro, Bosniya və Herzeqovina, Şimali Makedoniyada yerləşən daha 9 meşəli ərazi əlavə olunub.

“Bu genişləndirmə hazırda 18 ölkə boyu 94 tərkib hissədən ibarət bu sərvətin bütövlüyünü, məşhur ümumdünya zənginliyi daha da artırır” – deyə UNESCO-nun açıqlamasında qeyd olunur.