31 iyul 2021 08:52
894

Avtomobil yüksək sürətlə kafenin terrasına çırpıldı VİDEO

Fransanın paytaxtı Parisdə sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil kafenin terrasına çırpılıb.

“İki sahil” xəbər verir ki, Bu barədə BFMTV telekanalı məlumat yayıb.

Nəticədə bir nəfər ölüb, altı nəfər yaralanıb.

Avtomobil qəzasını törədən şəxsin hadisə yerindən qaçdığı qeyd olunur. İlkin məlumata görə, qəzaya səbəb sürücünün sürət həddini aşmasıdır.