Azərbaycanın dilbər guşəsi olan Qəbələdə növbəti Musiqi Festivalı keçirilir. Koronavirus pandemiyası səbəbindən ötən il bu festival keçirilmədi. Festivalımız üçün çox darıxmışdıq. Doğma şəhərimizdə yenidən musiqi festivalının keçirilməsindən çox məmnunuq. Biz hər zaman bu festivallarda iştirak etmişik. Yenə də çoxlu qonağımız var. Musiqi Festivalı Qəbələyə çox yaraşır.
“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a Qəbələ sakini Təranə Alməmmədova deyib.
Belə festivallar vasitəsi ilə musiqimizin dünyada tanındığını vurğulayan rayon sakini tezliklə işğaldan azad olunmuş rayonlarımızda da musiqi festivallarının, beynəlxalq tədbirlərin keçiriləcəyinə əmin olduğunu ifadə edib.