25 avqust 2021 18:19
1305

Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının vaxtı dəyişib

VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının (“Baku International Book Fair 2021”) keçiriləcəyi tarix dəyişdirilib.

“İki sahil” xəbər verir ki,  Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, sərginin oktyabrın 6-dan 10-dək Nazirliyin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, daha əvvəl VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının sentyabrın 22-26-da keçiriləcəyi açıqlanmışdı.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planına uyğun olaraq builki sərgi-yarmarka dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunacaq.