07 dekabr 2021 11:13
746

UEFA Vadjini fərqləndirdi

UEFA Konfrans Liqasının rəsmi "Tvitter" səhifəsi turnirdə çıxış edən klubların 4 futbolçusunu fərqləndirilib.

“İki sahil” xəbər verir ki, onların arasında "Qarabağ"ın hücumçusu İbrahima Vadji də yer alıb.

"Bu həftəsonu sizi ən çox hansı hücumçu təsirləndirib" sualının ünvanlandığı postda seneqallı oyunçu ilə yanaşı, Yesper Karlsson ("AZ Alkmaar"),  Brayan Linssen ("Feyenoord") və  Marten Teryenin ("Renn") şəkli yerləşdirilib.

Qeyd edək ki, İ.Vadji  Azərbaycan Premyer Liqasının 13-cü turunda "Sabah"a 5:1 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib. Karlsson və Linssen də 2, Terye isə 3 qol vurub.