12 dekabr 2021 09:19
754

Tbilisidə Heydər Əliyevin xatirəsi yad edilib FOTO

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar abidəsi ziyarət olunub.

“İki sahil”in məlumatına görə, mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe, polkovnik-leytenant Fuad İbrahimov, səfirlik və hərbi attaşe aparatının əməkdaşları iştirak ediblər.

Ulu öndərin büstü önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.