18 dekabr 2021 16:23
1051

Neft emalı zavodunda aparılan yenidənqurma işləri ilə tanışlıq FOTO

Bu gün Baş nazir Əli Əsədov Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına neft emalı zavodunda aparılan modernizasiya və yenidənqurma işləri ilə tanış olub.

"İki sahil" Nazirlər Kabinetinə istinadən xəbər verir ki, tanışlıqdan sonra Baş nazirin sədrliyi, SOCAR-ın Müşahidə Şurası sədrinin və üzvlərinin, Şirkətin prezidentinin iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə modernizasiya və yenidənqurma işlərinin cədvələ uyğun aparılması məsələsi diqqət mərkəzində olub, görülən və görüləcək işlər müzakirə edilib. Qarşıda duran məsələlər müəyyən edilərək müvafiq işlərin vaxtında və tam şəkildə həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilib.