İtaliyanın "C Group" şirkətinin əməkdaşları Füzulidə olublar.
“İki sahil” xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviterdə paylaşım edib.
O qeyd edib ki, İtaliyanın "C Group" şirkətinin əməkdaşları Füzulidə yerləşəcək Zəfər muzeyi, İşğal muzeyi, Memorial Park və Bayraq meydanının layihələndirilməsi məqsədilə müvafiq obyektlərin yerləşəcəyi yerlərə baxış keçirib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub