22 dekabr 2021 09:00
1351

Daşkəsəndə "Azərbaycan son 18 ildə" mövzusunda yığıncaqlar keçirilib

Dekabrın 20-də Yeni Azərbaycan Partiyası Daşkəsən Rayon  Mollahəsənli ərazi və Mərkəzi Rayon Xəstəxanası ilk partiya təşkilatında "Azərbaycan son 18 ildə" mövzusunda yığıncaqlar keçirilib.

“İki sahil” xəbər verir ki, hər iki yığıncaqda ümummilli lider Heydər Əliyevin və Qarabağ müharibələrində şəhid olanların əziz xatirəsi yad edilib.

Yığıncaqlarda çıxış edənlər birmənalı şəkildə qeyd ediblər ki, xalqımız ətrafında sıx birləşdiyi Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevi vətənpərvərlik, qətiyyət və dönməzlik rəmzi kimi görür. Aparılan uğurlu siyasət nəticəsində sosial-iqtisadi vəziyyət yaxşılaşıb, güclü ordu yaradılıb. Xalqımızın  öz liderinin ətrafında yumruq kimi sıx birləşməsi Vətən Müharibəsində ölkəmizin qələbəsini təmin edib. Əzəli və əbədi torpaqlarımızı işğaldan azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqın qəlbində əbədi yaşayacaq.

Yığıncaqlarda YAP Daşkəsən rayon təşkilatının İdarə Heyətinin üzvləri Namiq Süleymanov və Malik Ələsgərovda iştirak etdilər.