Milli Məclisin deputatı, səhiyyə komitəsinin üzvü Sədaqət Vəliyeva 21 Dekabr tarixində Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin regional vərəm proqramının (TB REP) beynəxalq virtual konfransında məruzə ilə çıxış edib.
“İki sahil” xəbər verir ki, Milli Məclisin deputatı Azərbaycanda vərəmlə mübarizə çərçivəsində son illər ərzində dövlət tərəfindən və Milli Məclis səviyyəsində görülmüş işlər, həyata keçirilmiş əhəmiyyətli görüşlər, tədbirlər barəsində konfrans iştirakçılarına ətraflı məlumat verib. Çıxış, iştirakçılar tərəfindən böyük maraqla izlənildi və Azərbaycanda görülmüş işlər təqdirəlayiq hesab olundu.
Qeyd edək ki, insanların ehtiyaclarına yönəlmiş vərəm xidmətlərinin region ölkələrində təbliğ edilməsi məqsədilə təşkil edilmiş konfransda dünyanın on bir ölkəsindən (Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Ukrayna Özbəkistan və Ermənistan) məruzəçilər çıxış edib.
Bakıda Tacikistanın Dövlət Müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib
Azərbaycan ilə Tacikistan arasında nəqliyyat və rəqəmsal inkişaf sahələrində əməkdaşlıq genişlənir