Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatında “Cənab İlham Əliyev – davamlı inkişaf modelinin müəllifi” mövzusunda elmi-praktik konfrans keçirilib.
“İki sahil” xəbər verir ki, konfransda YAP Cəlilabad rayon təşkilatı İdarə Heyəti, fəalları, rayon icra hakimiyyətinin rəsmiləri iştirak ediblər. Konfransı YAP Cəlilabad rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Mirsüleyman Mirxaslı Prezident İlham Əliyevin son 18 il ərzindəki fəaliyyətinə həsr olunmuş geniş və əhatəli nitq söyləyib.
Çıxış edən rayon təşkilatının İdarə Heyətinin üzvləri H.Cavadov, Y.Rzayeva, E.Sadığov və digərləri Azərbaycan xalqının ətrafında sıx birləşdiyi, sonsuz etimad, inam, dəstək nümayiş etdirdiyi Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzi kimi gördüklərini ifadə etmiş, ötən müddət ərzində ümummilli lider Heydər Əliyevin “Mən ona özüm qədər inanıram” sözlərini əməli işləri ilə təsdiq edən Prezident İlham Əliyevin Azərbaycanda yeni dövrün, yeni eranın başlanğıcının əsasını qoyduğunu vurğulayıblar. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycanda sosial-iqtisadi vəziyyətin xeyli yaxşılaşdığı qeyd edilib, multikultural ənənələrə və milli-mənəvi dəyərlərə söykənən cəmiyyətin formalaşmasının dövlətin prioritet vəzifəsinə çevrildiyi, güclü və dayanıqlı iqtisadiyyat yaradıldığı, ölkənin artan imkanlarının insan kapitalının formalaşmasına, əhalinin sosial rifahının daha da yüksəlməsinə yönəldilərək Azərbaycanın nümunəvi sosial siyasət həyata keçirən dövlətə çevrilməsinin təmin edildiyi nəzərə çatdırılıb. Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli və müzəffər Ordu yaradıldığndan bəhs edilib.
Qeyd edilib ki, məhz güclü ordu və peşəkar komandanlıq, düzgün idarəetmə və strategiya, habelə yüksək vətənpərvərlik ruhu, Ali Baş Komandanın xalqı öz ətrafında yumruq kimi birləşdirmə məharəti Vətən müharibəsində ölkəmizin Qələbəsini təmin etdi. Prezident İlham Əliyevin müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin edən, əzəli və əbədi torpağımız olan Qarabağı işğaldan azad edən Müzəffər Ali Baş Komandan, Sərkərdə kimi tarixdə qalacağı bütün natiqlər tərəfindən xüsusi vurğulanıb.
Tədbir pandemiya dövrünün bütün tələblərinə riayət olunmaqla keçirilib.
Bakıda Tacikistanın Dövlət Müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib
Azərbaycan ilə Tacikistan arasında nəqliyyat və rəqəmsal inkişaf sahələrində əməkdaşlıq genişlənir