Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatında «Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev davamlı inkişaf modelinin müəllifidir» adlı elmi-praktiki konfrans keçirilmişdir
Dekabrın 21-də YAP Sabirabad rayon təşkilatı Sabirabaddakı Heydər Əliyev mərkəzində «Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev davamlı inkişaf modelinin müəllifidir» adlı elmi praktiki konfrans təşkil etmişdir. Tədbirdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrundan canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra YAP Sabirabad rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Məleykə Ağayeva tədbirdə çıxış edərək bildirib ki, cənab İlham Əliyevin Prezident seçildiyi ilk gündən bugünə qədərki bütün fəaliyyəti dünya siyasətçiləri üçün örnəkdir: «Cənab İlham Əliyev hələ 2003-cü ildə ilk dəfə Prezident seçilərkən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağına söz verməklə bu vədinə ləyaqətlə əməl edir. Bütün dövrlərdə Prezident xalqın, torpağın mənafeyi uğrunda çalışdı və bütün çıxışlarında da qətiyyətlə qeyd etdi ki, biz işğalda olan torpaqlarımızı erməni faşistlərindən azad edəcəyik. Elə Azərbaycan Prezidentinin ən böyük tarixi qələbəsi da Qarabağ torpaqlarının düşmən işğalından azad etməsidir. Ali Baş Komandanımızın siyasi fəaliyyətinin son 18z ili Azərbaycan tarixinin unudulmaz səhifələridir. 2003-cü ildən sonra ölkə iqtisadiyyatı inkişaf edib, Azərbaycan beynəlxalq aləmdə tanınmağa başlayıb, ordu güclənib, insanların həyat şəraiti yaxşılaşıb və nəhayət ən əsası isə 30 illik Qarabağ həsrətinə son qoyuldu».
Daha sonra Sabirabad RİH başcısının müavini Həsən Həsənov, Sabirabad rayon Gənclər İdman İdarəsinin rəisi Nadir Quliyev, YAP Sabirabad rayon təşkilatının könüllüsü İbrahimzadə Xanım və digər natiqlər çıxış edərək bildirdilərki, cənab Prezident İlham Əliyev on səkkiz illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Konfransda prezident İlham Əliyevin 18 illik fəaliyyətini əks etdirən qısametrajlı videoçarx nümayiş olunub.
Elçin Zaman, «İki sahil»
Bakıda Tacikistanın Dövlət Müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib
Azərbaycan ilə Tacikistan arasında nəqliyyat və rəqəmsal inkişaf sahələrində əməkdaşlıq genişlənir