Dekabrın 23-də YAP İmişli rayon təşkilatının «İlham Əliyev – davamlı inkişaf modelinin müəllifi» adlı elmi-praktiki konfransı keçirilib.
“İki sahil” xəbər verir ki, konfrans iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsinin önünə tər gül-çiçək dəstələri qoyub, əziz xatirəsini yad ediblər. Heydər Əliyev Mərkəzinin iclas zalında keçirilən tədbirdə YAP İmişli rayon təşkilatın sədri səlahiyyətlərini icra edən Səfa Ağayev qonaqları və konfrans iştirakçılarını salamlayaraq «İlham Əliyev– davamlı inkişaf modelinin müəllifi» adlı videoçarxa baxmağa dəvət edib. O, çıxış edərək bildirib ki, Azərbaycan xalqı dünyanın xoşbəxt xalqlarından biridir ki, onun istək və arzularını reallaşdırıb, qələbəyə götürən İlham Əliyev kimi bir lideri var. Bəlağətsiz olaraq qeyd edə bilərik ki, bu gün cənab İlham Əliyev XXI əsrin siyasi liderlik keyfiyyətlərini özündə mükəmməl portretini cəmləşdirən bir liderdir. O, istər klassik, istərsə də müasir dövrün liderlik keyfiyyətlərini özündə birləşdirən şəxsdir.Cənab İlham Əliyev bütün dünyada çox az təsadüf edilən liderlərdəndir ki, cəmiyyət can atdığı, özünə rəhbər seçdiyi şəxsiyyətdə görmək istədiyi bir çox cəhətləri - həm mənəvi-siyasi lider, həm güclü sərkərdə, həm mahir diplomat, həm bacarıqlı idarəçi, həm də qurucu rəhbər obrazlarını onun siyasi portetində tapa bilir.
Səfa Ağayev çıxışında bildrib ki, məhşur Amerika iqtisadçısı, Nobel mükafatı qalibi Maykl Spens və Siyasi elm və liderlik üzrə professor David Bredi ikinci dünya müharibəsindən sonra ən sürətlə və davamlı inkişaf edən ölkələrin təcrübəsini təhlil edərək liderin davamlı iqtisadi artımda nə dərəcədə əhəmiyyətli rol oynadığını sübut etmişdilər. Onların fikrincə, lider ilk mərhələdə modeli və strategiyanı, ona uyğun institutları formalaşdırır, ikinci mərhələdə isə lider seçilmiş modeli yeni çağırışlara uyğunlaşdırmağı bacarmalıdır:» Fikrimizcə, Prezident İlham Əliyevin etdiyi də elə budur: Azərbaycanın iqtisadi inkişaf modelini daimi yeniləməklə, davamlı inkişafı təmin etmək.Prezident İlham Əliyevin dünya miqyaslı lider olması, onun dünya görüşü və intellektual potensialının zənginliyi, həmçinin qlobal düşüncə tərzi Azərbaycandakı islahatların uğurunu təmin edir. BMT Təhlkəsizlik Şurası, Davos İqtisadi Forumu, Qoşulmama Hərəkatı, Türkdilli Ölkələrin Şurası, Mədəniyyətlərarası dialoq və s. platformalarda Prezident İlham Əliyev qlobal və regional gündəliyin formalaşdırılması prosesində iştirak etməklə yanaşı, həm də Azərbaycanın bu gündəliyə uyğun inkişafını təmin edir. Özü də bu gün Azərbaycan təkcə qlobal inkişafdan faydalanmaqla kifayətlənmir, həm də bu inkişafa multikulturalizm, tolerantlıq, iqtisadi islahatların idarə edilməsi modeli və innovativ mexanizmlərin tətbiqi bütün bunlara rəng qatır.Çünki İlham Əliyevin dövlətlə, dövlətin inkişafı ilə bağlı baxışları məlumdur. Onun bütün başlıca arzu və istəkləri Azərbaycan dövlətini modernləşdirmək və ölkəni dünya miqyaslı mühüm qərarlar qəbul edən say-seçmə ölkələr birliyinə daxil etməkdir. O, fəaliyyətində ardıcıl və praqmatikdir, rasional və səmimidir. Onu fərqləndirən cəhət budur. Cənab İlham Əliyev fəaliyyət dairəsi məhdud olan məmur deyil, əksinə, geniş baxışlara malik siyasətçidir. Onun üstünlüyü bundadır. Bütün bunlar cənab İlham Əliyevə Azərbaycanı arzuladığı və bəyan etdiyi kimi müasir dövlətə, əhalisinin sosial rifah halında cəmiyyətə çevrilməsinə imkan verəcəkdir.
Xalqının istiqbalını düşünmək, yükünü çiyinlərində daşımaq və nəhayət gördüyü işin məsuliyyətini dərindən dərk etmək heç də hər dövlət xadiminə nəsib olan xoşbəxtlik deyil. Nə yaxşı ki, tanrı ona möhkəm iradə, səbr, aydın zəka verib… Nəyi nə zaman edəcəyini dəqiq bilir... Elm, siyasət, dövlət quruculuğu və beynəlxalq münasibətlər sahəsində əldə olunmuş uğurların beynəlxalq dəyəri kimi 21 dəfə ali ordenlərlə təltif olunmuş, 16 dəfə müxtəlif ölkələrin ən böyük elm ocaqlarının fəxri elmi adlarına, (fəxri professor və ya fəxri doktor) həmçinin 12 dəfə dünya idman təşkilatlarının orden və medallarına layiq görülmüş dünyanın nüfuzlu siyasətçisi, dövlət başçısı, tanınmış diplomat və müzəffər Ali Baş Komandanımız Siz hələ bir çox zirvələri fəth edərək daha çox təltif və fəxri adlar alacaqsınız.»
Konfransda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev çıxış edərək bildirib ki, bu gün ölkəmizin uğurlu inkişafı Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən «Mən hər bir azərbaycanlının Prezidenti olacağam» deyən cənab İlham Əliyev ötən 18 ildə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrilmişdir. Ötən 18 ilin reallıqları Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyini sübuta yetirmiş, inam və etimad üzərində qərarlaşan, gələcəyə hesablanan güclü dövlət konsepsiyası ilbəil uğurla gerçəkləşdirilmişdir. Prezident İlham Əliyev müasir dünyanın rasional hesablama aparmağı bacaran, nadir praqmatik siyasətçilərindəndir. Dəfələrlə sübut olunmuşdur ki, onun hansı addımı nə zaman atacağını özündən başqa heç kim bilmir. İlham Əliyev ətrafındakıları və onu sevənləri yaxşı mənada təəccübləndirməyi bacaran, planlarını özündən başqa kimsənin proqnozlaşdıra bilməyəcəyi nadir siyasətçi, əsl dövlət xadimidir…
Konfransda iştirak edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran qeyd ediblər ki, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən Müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 18 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.
Hər bir lider həm də anında cəsarətli qərarları ilə lider olur. Prezident İlham Əliyev bir neçə dəfə, o cümlədən strateji yol xəritələri ilə yeni iqtisadi model quruculuğuna başlayanda və 2018-ci ilin prezident seçkilərindən sonra islahatların yeni səhifəsini açanda məhz belə cəsarətli qərarlar vermişdi. Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və «güclü dövlət» konsepsiyasını reallaşdırmağa nail oldu. Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir.
Konfrans iştirakçıları tədbirin davamı olaraq Şəhidlər Xiyabanını ziyarət ediblər.
Bakıda Tacikistanın Dövlət Müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib
Azərbaycan ilə Tacikistan arasında nəqliyyat və rəqəmsal inkişaf sahələrində əməkdaşlıq genişlənir