YAP Beyləqan rayon təşkilatı «Azərbaycan son 18 ildə» mövzusunda elmi-praktiki konfrans keçirib. Tədbirdə rayon ziyalıları və ərazi partiya təşkilatının sədrləri iştirak ediblər.
“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri vəzifəsinin səlahiyyətlərini icra edən Rəfail Pəsiyev bildirib ki, 2003-cü ilin 15 oktyabr seçkisində seçicilərin mütləq əksəriyyəti cənab İlham Əliyevə səs verərək onu Azərbaycan Respublikasının Prezidenti seçdilər. Bununla da Azərbaycan xalq ulu öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə, ölkədə sabitliyin qorunmasına, sürətli və dinamik inkişafa səs verdi. Ötən müddət ərzində cənab Prezident çox böyük uğurlara imza ataraq ölkədə bütün istiqamətlər üzrə ciddi nailiyyətlər əldə edib. Belə ki, daxili və xarici siyasətin tam vəhdəti təmin edilib, ölkəmiz hazırda sabit şəraitdə sürətli inkişafını davam etdirir. Özü də bu, bütün dünyada müxtəlif sahələrdə özünü göstərən böhranların fonunda baş verir. Deməli, Azərbaycan Prezidenti çox düzgün, müasir, səmərəli və fayda gətirən siyasi kurs həyata keçirir. Bu gün Prezident İlham Əliyevin daim milli və dövləti maraqlardan çıxış edərək, ulu öndər Heydər Əliyevin siyasi kursunu rəhbər tutaraq yorulmadan Azərbaycan dövlətçiliyi və xalqı üçün çalışdığını hər kəs etiraf edir. Cənab İlham Əliyevin Azərbaycan dövlətinə başçılıq etdiyi son 18 ilə nəzər salanda bütün sahələrdə nə qədər böyük inkişafın getdiyinə əmin oluruq. Bu gün Azərbaycan Cənubi Qafqazın ən uğurlu və ən güclü müstəqil dövlətidir.
Konfransda çıxış edən Məhəmməd Qələndərov, Möhübbət Heydərov, Mehman Əliyev və Aybəniz Mehtiyeva bildiriblər ki, bu gün müstəqil dövlətimizdə təkrarsız siyasi korifey Heydər Əliyevin işləyib hazırladığı siyasi kurs onun layiqli varisi cənab Prezident İlham Əliyev tərəfindən böyük əzmlə və müasir dünyanın nəbzinə uyğun yaradıcılıqla həyata keçirilir və Azərbaycan Heydər Əliyev inkişaf yolu ilə, Heydər Əliyev ideyalarının işığında inamla addımlayır.Azərbaycanda son 18 ildə Prezident İlham Əliyevin gələcəyə hesablanan, düşünülmüş uğurlu daxili və xarici siyasəti nəticəsində sosial, iqtisadi, idarəetmə və kadr islahatları genişləndirildi, multikultural ənənələrə, milli-mənəvi dəyərlərə söykənən bir cəmiyyətin formalaşması, gənclərin vətənpərvər ruhda böyüməsi təmin edildi.
Bakıda Tacikistanın Dövlət Müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib
Azərbaycan ilə Tacikistan arasında nəqliyyat və rəqəmsal inkişaf sahələrində əməkdaşlıq genişlənir