24 dekabr 2021 11:00
1228

“Qayıdış” filmi beynəlxalq mükafata layiq görülüb

Kapital Bank-ın dəstəyi ilə çəkilən “Qayıdış” filmi “İstanbul Marketing Awards – 2021" tədbirində sosial media kateqoriyası üzrə qızıl mükafata layiq görülüb.

Bu film tədbirdə mükafatlandırılan yeganə beynəlxalq layihə olaraq digərlərindən fərqlənib. “Qayıdış” filmi “FCB Artgroup Baku” şirkəti tərəfindən hazırlanıb.

Real əhvalatlar əsasında çəkilən filmdə Birinci Qarabağ müharibəsi zamanı öz doğma yurdlarından köçmək məcburiyyətində qalan azərbaycanlıların sözlə ifadə edilməsi çətin, ancaq yaşayarkən qürur duyulan hisslərindən danışılır. Artıq məcburi köçkün sayılmayan həmvətənlərimiz doğma yurdları ilə bağlı xatirələrini bölüşərkən, hər birinin gözlərində kədər, üzüntü, itki, intizar, sevinc, fərəh, qürur hissini sezmək olur. Hər biri sanki bir sözü deyir: “Biz yurdumuza qayıdırıq!”