24 dekabr 2021 16:16
1230

YAP  İsmayıllı rayon təşkilatı “Azərbaycan son 18 ildə” adlı tədbir keçirib - FOTO

Yeni Azərbaycan Partiyası  İsmayıllı  rayon təşkilatı pandemiya qaydalarına əməl olunmaqla “Azərbaycan son 18 ildə” adlı tədbir keçirib.

“İki sahil” xəbər verir ki, İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət sarayında keçirilən tədbirdən öncə əl işlərindən hazırlanmış rəsm sərgisinə baxış keçirilmişdir. Daha sonra ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, qalib Sərkərdə cənab İlham Əliyevin 18 illik fəaliyyətinə həsr olunmuş  videoçarx nümayiş olunmuşdur.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Sevil Əhmədova müstəqil Azərbaycanın son 18 il ərzində keçdiyi möhtəşəm inkişaf yoluna nəzər salaraq qeyd edib ki, son 18 ilin uğurlarının təhlili bu fikri böyük inam və qətiyyətlə söyləməyə əsas verir ki, Prezident İlham Əliyevin hər bir vədi  əməli fəaliyyətində öz əksini tapıb. Ötən illər ərzində Azərbaycanın müdafiə qabiliyyəti gücləndirildi. Ərazi bütövlüyümüzü təmin etmək iqtidarında  olan və bunu  44 günlük İkinci Qarabağ müharibəsində təsdiqləyən  müzəffər ordumuzun həm döyüş qabiliyyəti artırıldı, həm də müasir hərbi texnika ilə təminat həyata keçirildi. Azərbaycan hərbi qüdrətini möhkəmləndirməklə  yanaşı,  haqlı tərəf kimi informasiya cəbhəsində də üstünlük əldə etmək  üçün ciddi səylər göstərdi. Prezident İlham Əliyevin xarici ölkələrə hər bir səfəri, hər bir müsahibəsi Azərbaycan həqiqətlərinin, keçmiş Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin təqdimatı oldu. Bu gün böyük fəxrlə qeyd etdiyimiz  “Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir” fikri təbii ki, ötən illər ərzində həyata keçirilən siyasətin, böyük səylərin nəticəsidir.  Azərbaycan haqqın, ədalətin  tərəfində olduğunu  yürütdüyü müstəqil siyasəti ilə bir daha dünyaya nümayiş etdirdi.

Sonra YAP İsmayıllı rayon təşkilatının üzvləri İsmayıllı Rayon Təhsil şöbəsinin müdiri Rövşən Əliyev, partiya veteranı Şəfaqət Rəsulov, şəhid anası Aynurə Mirzəliyeva, İsmayıllı Ailələrə Dəstək Mərkəzinin  direktoru Lətifə Əliyeva və İsmayıllı Regional Mədəniyyət Mərkəzinin rəisi Elçin Nəcəfli  və digərləri çıxış edərək Azərbaycan xalqının ətrafında sıx birləşdiyi, sonsuz etimad, inam, dəstək nümayiş etdirdiyi Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzi kimi gördüklərini ifadə ediblər.

Çıxışlarda qeyd edilib ki, ölkə başçısı cənab İlham Əliyevin 2003-cü ildə xalqın yekdil dəstəyi ilə Prezident seçilməsi müstəqil Azərbaycanın həyatında yeni mərhələnin başlanğıcı oldu. Həyata keçirilən regional və beynəlxalq miqyaslı enerji layihələri Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə, dünya miqyasında isə əsas söz sahibinə çevirmişdir. Bütün bunlar isə Prezident cənab İlham Əliyevin düşünülmüş və qətiyyətli siyasəti nəticəsində hasil olmuşdur. Prezident seçildiyi gündən ordu quruculuğu, Azərbaycan Silahlı Qüvvələrinin ən müasir silah və texnika ilə təchiz olunması Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev üçün prioritet istiqamətlərindən biri olmuşdur. Məhz bunun nəticəsində Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusundan birinə çevirilmişdir. Ötən ilin 27 sentyabrında başlayan Vətən Müharibəsi də Azərbaycanın güclü dövlət və güclü orduya  sahib olduğunu cəmi 44 gün ərzində sübut etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Həmçinin Prezident İlham Əliyevin informasiya cəbhəsində  və diplomatik müstəvidə əldə etdiyi uğurlardan bəhs edərək milli həmrəyliyimiz nəticəsində əldə etdiyimiz Zəfərin Azərbaycan tarixində parlaq səhifə olduğu qeyd edilib.

Tədbirin sonunda İsmayıllı Rayon Mədəniyyət şöbəsinin instrumental ansamblının vətənpərvər mahılarından ibarət çıxışı təqdim edilib.