YAP Qobustan rayon təşkilatı və Qobustan Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə “İlham Əliyev- davamlı inkişaf modelinin müəllifi” mövzusunda tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov YAP Qobustan rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Füzuli Gülaliyev, YAP Qobustan rayon təşkilatı ərazi partiya təşkilatlarının sədrləri, Qobustan rayon təşkilatının fəalları iştirak ediblər.
Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “İlham Əliyev Davamlı inkişaf modelinin müəllifi” adlı videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Qobustan rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Füzuli Gülaliyev bildirib ki, Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan bir sıra şəxsiyyətlər olmuşdur. Lakin xalqımızın yetişdirdiyi görkəmli şəxsiyyətlər içərisində Heydər Əliyevin müstəsna rolu var. Hər xalq özünün görkəmli şəxsiyyətləri ilə ölməzdir. Ulu öndər Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və əlçatmazlığı ondadır ki, onun düşüncələri də, əməli fəaliyəti də təkcə yaşadığı dövrlə məhdudlaşmır, uzaq gələcəyə ünvanlanmış olur. Əsrin böyük azərbaycanlısı, xalqın xilaskarı, müstəqil dövlətimizin memarı və qurucusu ümummilli liderimiz Heydər Əliyevin xalqımız və millətimiz qarşısındakı əvəzsiz xidmətlərindən biri də onun müstəqil dövlətimizin gələcək inkişaf strategiyasının hazırlanması və bu strategiyanın həyata keçirə biləcək lideri İlham Əliyevi yetişdirərərk dövlətimizin sükanını etibarlı əllərə tapşırmasıdır. Möhtərəm Prezidentimiz İlham Əliyev ulu öndər Heydər Əliyev siyasətini yeni dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirdi. Ulu Öndərin axıra çatdıra bilmədiyi işləri, planları uğurla başa çatdırdı. Müzəffər Prezidentimiz, qalib Ali Baş Komandanımız xalqımızı “Dəmir yumruq” ətrafında sıx birləşdirərək işğal altında olan torpaqlarımızı azad etdi, Azərbaycanın suverenliyini bərpa etdi. Şuşanın azad edilməsi xəbərini xalqımıza çatdıran zaman Müzəffər Ali Baş Komandanımız İlham Əliyev demişdir ki, xoşbəxt adamam ki, Ata vəsiyyətini yerinə yetirdim. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun ümummilli lider Heydər Əliyevi, qalib, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevi var! 2003-cü ildə keçirilən prezident seçkilərində inamlı qələbə qazanan cənab İlham Əliyevin hakimiyyətə gəlişi ilə qədim və zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqının tarixində yeni keyfiyyət mərhələsi başladı. Ölkə rəhbəri millətin və dövlətin qarşısında dayanan başlıca vəzifənin işğal altında olan torpaqların azad edilməsi olduğunu bildirdi. Ölkənin daxili və xarici siyasətində həyata keçirilən bütün tədbirlər bu başlıca vəzifənin yerinə yetirilməsinə yönlədildi.
Cənab İlham Əliyevin Prezidentliyinin ilk 18 ilində ölkənin daxili siyasətində - dövlət idarəçiliyində, ictimai-siyasi, iqtisadi, mədəni həyatda müstəsna əhəmiyyət daşıyan işlər görülüb. Azərbaycan tamamilə yenidən qurulan, sosial-mədəni obyektlər, infrastruktur yaradılan, müasirləşən bir ölkəyə çevrilib, ən başlıcası, torpaqlarını işğaldan azad edib. Uğurlu xarici siyasət fəaliyyəti yürüdülüb. Azərbaycan beynəlxalq neft-qaz, enerji, nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırıldığı ölkə olub, mövqeləri möhkəmlənib, nüfuzu artıb və birləşdirici güc dövləti halına gəlib. Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan müasirləşən bir ölkəyə çevrilib.. İlham Əliyev Azərbaycan xalqının minilliklər tarixində Qurucu Prezident adını qazanıb. Güclü Azərbaycan dövləti qurulub.
Tədbirdə çıxış edən Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində keçən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Müasir dövrdə Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi bərabərhüquqlu və qarşılıqlı maraqlar prinsiplərinə söykənən xarici siyasət strategiyası ekspertlər tərəfindən təqdir olunan model kimi qiymətləndirilib. Ümumilikdə, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə olunub və daim milli maraqlara söykənib. Cənab İlham Əliyevin hakimiyyəti illərində xalqın milli ruhu yüksəlib və özünəinamı artıb. Xalq və dövlət arasında birlik, hakimiyyətin qanadları arasında səmərəli əməkdaşlıq qurulub. Demokratikləşdirmə, vətəndaş cəmiyyətinin qurulması məqsədi ilə geniş islahatlar həyata keçirilib. Çoxpartiyalı sistemin əsasları möhkəmləndirilib. Azad mətbuat formalaşaraq inkişaf edib. Cənab İlham Əliyev əslində dünyaya yeni bir model verib. Bu, Azərbaycan modelidir.
Daha sonra son dövrdə Qobustan rayonunda görülən böyük quruculuq-abadlıq işlərindən söz açan natiq dövlət başçısının diqqət və qayğısı nəticəsində rayonun əsaslı inkişaf perspektivləri haqqında danışıb.
Bakıda Tacikistanın Dövlət Müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib
Azərbaycan ilə Tacikistan arasında nəqliyyat və rəqəmsal inkişaf sahələrində əməkdaşlıq genişlənir