Sumqayıt Kimya Sənaye Parkının Peşə Təhsil Mərkəzinin “İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı” ixtisası qrupunun tələbələri "İbis" oteldə keçirilən praktik dərs proqramında iştirak ediblər.
“İki sahil” xəbər verir ki, təcrübi dərsdə tələbələr isitmə-soyutma, havalandırma sistemləri və avadanlıqlarından düzgün istifadə qaydaları, yaranan nasazlıqların və problemlərin vaxtında aradan qaldırılması və digər texniki parametrlərin düzgün yoxlanılması kimi əyani məlumatlarla tanış olublar.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının Peşə Təhsil Mərkəzinin tələbələrinin ölkənin müxtəlif yerlərində fəaliyyət göstərən sənaye, ictimai, sosial müəssisələrində təcrübi dərs proqramlarda iştirakı mütəmadi qaydada təşkil edilir.