28 dekabr 2021 17:35
1039

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İki sahil"ə verilən məlumata görə, bir gündə 31 242 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 038 ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 132, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 027 nəfərdir.