29 dekabr 2021 16:32
995

Daha 530 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, 1209 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “İki sahil”ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.