30 dekabr 2021 11:46
1161

Cəlilabadda "Not bayramı" keçirilib

Cəlilabad şəhər Uşaq-İncəsənət Məktəbində müəllim və şagird kollektivinin konsert proqramı keçirilib.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə təşkil edilən "Not bayramı" adlı proqramda Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Aparat əməkdaşları və digər qonaqlar iştirak edib.

Əvvəlcə, təhsil müəssisəsinin foyesində açılmış sərgiyə baxış keçirilib. İstedadlı şagirdlərin əl işlərinin nümayiş olunduğu sərgi qonaqlarda xoş təəssüratlar yaradıb.

Sonra qonaqlar məktəb kollektivinin musiqi proqramına tamaşa ediblər. Konsertdə məktəblilər muxtəlif janrlı musiqiləri solo ifa edib, görkəmli sənətkarların əsərlərini alətlərdə səsləndiriblər. Konsertdə həmçinin, milli və əcnəbi rəqs kompozisiyaları ifa olunub, nağıl personajlarının obrazlarının canlandırıldığı səhnəçiklər göstərilib, maraqlı viktorina təşkil edilib.

Konsert proqramından sonra xatirə fotosu çəkilib.

Əlihüseyn Şükürov