30 dekabr 2021 15:30
942

Şəhid oğullarımızın övladları üçün şənlik keçirib - FOTO

Yeni il və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə Bakı Uşaq və Gənclər Teatrı Suraxanı, Binəqədi və Sabirabad rayonunda şəhid oğullarımızın övladları üçün şənlik keçirib.

“İki sahil” xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilat sədri Vüqar Seyidov, Sabirabad rayon Gənclər İdman İdarəsinin rəisi Nadir Quliyev, rayon ictimaiyyət nümayəndələri, şəhid ailələri iştirak ediblər. 

Yeni il bayramının ənənəvi personajları Şaxta baba və  Qarqız  şənliyə qatılaraq uşaqları təbrik edib.

Bundan başqa Bakı Uşaq və Gənclər Teatrının  “Qış nağılı” və “Ağıllı Tülkü” tamaşaları şənliklərdə nümayiş olunub.