30 dekabr 2021 16:21
1056

Yardımlıda “Uşaqlar bizim sevincimizdir” adlı tədbir keçirilib - FOTO

Yardımlı RHeydər Əliyev Mərkəzinin və Zərifə Əliyeva adına Yardımlı şəhər 1 saylı uşaq bağçasının birgə təşkilatçılığı ilə qarşıdan gələn Yeni illə əlaqədar “Uşaqlar bizim sevincimizdir” adlı tədbir keçirilib.

Uşaqlar üçün təşkil edilən əyləncəli Yeni il şənliyində Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev, uşaq bağçasının direktoru Gülnarə İsmayılova, Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Yeni il münasibətilə uşaqları təbrik ediblər.

Tədbirin yekununda Mərkəzin kollektivi tərəfindən uşaqlara yeni il hədiyyələri təqdim olunub.

Əlihüseyn Şükürov,

"Yeni həyat" qəzetinin baş redaktoru