Gədəbəydə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğurunda öz canından keçən şəhid, rayonun Parakənd kənd sakini Seymur Qərib oğlu Allahverdiyevin ildönümü qeyd olunub.
“İki sahil” xəbər verir ki, mərasimdə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini icra edən Natiq Nağıyev, Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Rüstəm Nağıyev, YAP Gədəbəy rayon təşkilatının Gənclər Birliyinin üzvləri, eləcə də rayon ictimaiyyəti və kənd sakinləri iştirak ediblər.
Mərasimdə şəhidin ruhuna dualar oxunub, ailəsi ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənilib.
Şəhid valideyinləri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına “Dövlət qulluğunda fərqlənməyə görə” medallar və vəsiqələr təqdim olunub
Şuşada daşların üzərini yazmaq milli irsə və şəhidlərimizin əziz xatirəsinə münasibətdə yolverilməz laqeydlikdir - EKSPERT
Mədəni və tarixi abidələrə məsuliyyətlə yanaşmaq hər bir vətəndaşın borcudur - AÇIQLAMA