Masallı Regional Mədəniyyət İdarəsi Cəlilabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı uşaqların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə "Meşədə əhvalatlar" adlı maraqlı tamaşa səhnələşdiriblər.
“İki sahil” xəbər verir ki, tamaşa uşaqlar tərəfidən sevinclə qarşılanıb. Tamaşada nağıl personajlarından div, canavar, tülkü, dovşan, yeni ilin gəlişini bildirən şaxtababa və qarqız məzhəkə və maraqlı səhnəçiklərlə uşaqları əyləndiriblər. Tamaşada rolları Mirağa Ağayev, Elsun İslamzadə, Xəyal Əliyev, Əli Quluyev, Ruhiyə Vəliyeva, Zahid Vəliyev, Xeyrulla Şahbazlı, Buludxan Buludov ifa ediblər.
Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru B.Buludovdur.
Əlihüseyn Şükürov
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına “Dövlət qulluğunda fərqlənməyə görə” medallar və vəsiqələr təqdim olunub
Şuşada daşların üzərini yazmaq milli irsə və şəhidlərimizin əziz xatirəsinə münasibətdə yolverilməz laqeydlikdir - EKSPERT
Mədəni və tarixi abidələrə məsuliyyətlə yanaşmaq hər bir vətəndaşın borcudur - AÇIQLAMA