Xalq artisti Röya Ayxan bu dəfə 79 manatlıq geyimi ilə diqqət çəkib.
“İki sahil” xəbər verir ki, "Kim hardan geyinir" adlı instaqram səhifəsi Röyanın Yeni İl obrazının neçəyə başa gəldiyini yazıb. Evində yaxınları üçün qonaqlıq verən artist bayram üçün məşhur demokratik markalarından birindən 79 manatlıq geyim seçib. O, bu libası "Gianvito Rossi" dən 1226 manat dəyərində ayaqqabı ilə tamamlayıb.
Qeyd edək ki, Röya Ayxan Azərbaycan səhnəsinin ən bahlı geyinən ulduzlarından biridir. Odur ki, onun 79 manatlıq seçimi gündəm yaradıb.