12 yanvar 2022 13:14
988

"Oskar" üç ildən sonra bu addımı atır

Martın 27-də baş tutacaq 94-cü "Oskar" mükafatlandırma mərasimində üç ildən sonra bir ilk yaşanacaq.

“İki sahil” xəbər verir ki, builki tədbirin aparıcısı olacaq. Bu barədə "Hulu Originals" və "ABC Entertainment"in prezidenti Kreyq Erviç "Variety" nəşrinə bildirib. O, aparıcının kimliyinin hələlik bəlli olmadığını açıqlayıb.

“The Hollywood Reporter”in məlumatına görə isə, təşkilatçılar artıq aparıcılıq üçün aktyor Tom Hollandla danışıqlara başlayıb.

Qeyd edək ki, bundan əvvəl "Oskar"ın aparıcısı komediya aktyoru Kevin Hart olub. O, homofobiyada (LGBT fərdlərinə qarşı sərt ifadələr işlətməkdə) ittiham olunmasının ardından bu vəzifədən imtina edib və tədbir 2019-cu ildən bəri aparıcısız keçirilir.