12 yanvar 2022 15:25
1475

Gənclər Kitabxanasına direktor təyin edildi

Aslan Cəfərov Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru vəzifəsinə təyin olunub.

“İki sahil” xəbər verir ki,  bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

O, əvvəl nazirliyin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Qeyd edək ki, Mədəniyyət Nazirliyində aparılan bir sıra struktur islahatları çərçivəsində Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsi ləğv edilib.