12 yanvar 2022 18:39
916

YAP Yasamal rayon təşkilatında ərazi partiya təşkilatlarının sədrləri ilə görüş - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan edilməsini diqqətə çatdıran Bəxtiyar Nəbiyev qeyd edib ki, hazırkı dövrün Zəfərimizin yaratdığı yeni reallıqlar fonunda Şuşamızın, Qarabağımızın müasir intibah dövrünü yaşayırıq.

Bəxtiyar Nəbiyev qalib ölkənin qalib vətəndaşı, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, bu gün dövlət başçımız İlham Əliyevin Sədri olduğu partiyanın üzvü olmağın qürurverici olmaqla yanaşı, hədəflərə doğru daha inamla irəliləməyə böyük stimul olduğunu vurğulayıb.

Bəxtiyar Nəbiyev ərazi partiya təşkilatlarının sədrlərinə Yeni Azərbaycan Partiyasının qəbul olunmuş yeni proqramına əsasən qəbul olunan və yenilənən qərarlar və YAP Yasamal rayon təşkilatının 2022-ci il iş planı haqqında məlumat verib.

Ərazi partiya təşkilatlarının sədrləri yeni proqramla əyani surətdə məlumatlandırıblar.

Müzakirə formatında keçən görüşdə ərazi partiya təşkilatlarının sədrlərinin təklifləri dinlənilib.

YAP Yasamal rayon təşkilatının sədri ərazi partiya təşkilatlarının hər bir üzvünü görüləcək işlərdə, keçiriləcək aksiya və tədbirlərdə fəal və yaxın olmağa çağırıb, onlara yeni ildə fəaliyyətlərində uğurlar arzulayıb.