15 yanvar 2022 19:20
1577

Rəqsanənin qızı səhnədən gedir?

Müğənni Rəqsanə İsmayılovanın qızı, müğənni Aysun İsmayılova şəxsi həyatı haqqında danışıb.

“İki sahil” xəbər verir ki, Aysun İsmayılova "İnstaqram"da canlı yayım açaraq yanvarın 26-da baş tutacaq nişan mərasimindən bəhs edib: "Nişan tarixini dəqiqləşdirmişik, toy tarixini yox. Ailə qurandan sonra sənətdən gedəcəm".

İfaçı nişanlısının Goranboy rayonundan olduğunu deyib: "Onun 28 yaşı var, namaz qılır. Üzünü göstərmək istəmirəm. Ailə qurandan sonra da Moskvada yaşamağı düşünürük. Toy mərasimi həm Moskvada, həm də Bakıda olacaq".