21 yanvar 2022 12:11
1143

Brilliant Dadaşovadan atası ilə bağlı paylaşım

Xalq artisti Brilliant Dadaşova atası Süleyman Dadaşovla bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, müğənni "İnstagram"da hekayə bölümündə bunları yazıb: "Görəsən, indi haralardasan? Bəlkə, günəşin ışıltısında, yarpaqların həzin pıçıltısında, təbiətə naz edən bir bahardasan... Bəlkə, sonu görünməyən səhralardasan? , Bəlkə, sən də zəmanəmizdən gileylisən? Bəlkə də çarəsiz köksün ötürüb, heyifslənirsən layiqsiz əhatəmizdən... Ata...".