Türkiyəli müğənni Hadisənin biznesmen sevgilisi Mehmet Dinçerlerlə evlənəcəklərini elan etmək üçün paylaşdığı video lağa qoyulub.
“İki sahil” xəbər verir ki, türkiyəli aktyor Enis Arıkan həmkarı Selin Şekerci ilə Hadisənin sevgilisi ilə paylaşdığı videonu yamsılayıb.
Bu barədə E.Arıkan İnstaqramda paylaşım edib.
Gənc aktyorların həmin paylaşımları qısa müddətdə sosial mediada müzakirə mövzusuna çevrilib.
Xatırladaq ki, Hadisə ötən ilin iyununda aktyor Kaan Yıldırımdan ayrılıb. Məşhur sənətçi daha sonra iş adamı Mehmet Dinçerler ilə eşq yaşamağa başlayıb.