Fransalı modelyer, eyniadlı moda evinin yaradıcısı, məşhur dizayner və fotoqraf Tyerri Müqler 73 yaşında vəfat edib.
"İki sahil"in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, modelyer təbii səbəblərdən dünyasını dəyişib.
T.Müqler 1948-ci ildə Fransanın Strasburq şəhərində anadan olub. 1980-1990-cı illərdə kolleksiyaları onu dünya səviyyəsində məşhurlaşdırıb. 1990-cı illərdə moda dünyasından uzaqlaşan modelyer 2002-ci ildən bu sahəni tamamilə tərk edərək fəaliyyətini fotoqrafiya, şou üçün kostyumların yaradılması, ətir şüşələrinin dizaynı kimi sahələrdə davam etdirib.