26 yanvar 2022 18:31
1035

Rus Dram Teatrının iki tamaşası koronavirusa görə təxirə salınıb

Azərbaycan Dövlət Rus Dram Teatrının iki tamaşası koronavirusa görə təxirə salınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, teatrın həmin tamaşalarda oynayan aktyorları COVID-19-a yoluxduğu üçün bu qərar verilib: “Digər tamaşalar isə nümayiş olunur və teatr fəaliyyətini davam etdirir”.