27 yanvar 2022 10:45
945

Pelin Akıl koronavirusa yoluxdu, çəkilişlər dayandı

Türkiyəli aktrisa Pelin Akıl koronavirusa yoluxub.

"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa bu barədə məlumatı sosial şəbəkədə özü verib.

Bu səbəbdən Akılın rol aldığı "Barbaroslar Akdenizin kılıcı" serialının çəkilişləri təxirə düşüb.

Qeyd edək ki, daha əvvəl serialın baş rollarını paylaşan Engin Altan Düzyatan, Ulaş Tuna Astepe və Cemre Güneli də infeksiyaya yoluxmuşdu.