31 yanvar 2022 20:11
738

Xalq artisti xəstəxanadan evə buraxıldı

Xalq artisti Kazım Abdullayev koronavirusa yoluxub.

“İki sahil” xəbər verir ki, bu haqda aktyor mətbuata özü deyib. O bildirib ki, 12 gündür xəstəxanada müalicə alır: "Artıq hər şey yaxşıdır. Xəstəxanadan çıxdım, evə gedirəm. Özümü yaxşı hiss edirəm".

Qeyd edək ki, K.Abdullayev Akademik Milli Dram Teatrında çalışır. Teatr bir müddət əvvəl fəaliyyətini müvəqqəti dayandırıb. Buna səbəb teatrın əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması olub.