01 fevral 2022 18:19
1021

Şəmkirdə 2 yeni türbə aşkarlanıb

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi tərəfindən Şəmkir rayonunun Qaracəmirli kəndində yerləşən qəbiristanlığında 2 ədəd at fiqurlu daş kitabə və 2 ədəd türbə aşkar olunub.

“İki sahil” xəbər verir ki,  Dövlət Xidmətindən bildirilib ki, hazırda mütəmadi fəaliyyət həyata keçirilir, tarixi, memarlıq və arxeoloji əlamət daşıyan obyektlərin tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınması məsələsinə baxılır.

"Şəmkir rayonunun Qaracəmirli kəndindəki qeyd olunan 2 ədəd at fiqurlu daş kitabə və 2 ədəd türbə isə hazırda yeni aşkar olunmuş abidələr qismində nəzərdən keçirilir", məlumatda deyilir.