Sonuncu dəfə müğənni Hadisə ilə eşq yaşayan aktyor Kaan Yıldırım yeni münasibətə başlayıb.
"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor türkiyəli məşhur bloger Danla Biliçlə sevgili olub. Cütlük biri-birini sosial şəbəkədə də izləməyə alıb.
Onlar hələlik münasibətləri barədə açıqlama verməyib.
Qeyd edək ki, Hadisə iş adamı Mehmet Dinçerlerlə nişanlıdır.