03 fevral 2022 16:55
1035

Anar Kərimov: UNESCO məsələ ilə bağlı konkret addımlar atmır

“Ötən il ermənilər Şuşadan qeyri-qanuni çıxardıqları xalçaları İrəvanda sərgiləmişdilər, hətta xalçalarımızın Şuşadan çıxarıldığını həyasızcasına bəyan belə etmişdilər”.

“İki sahil” xəbər verir ki,  bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bununla bağlı hələ o vaxt dərhal bəyanat verildiyini vurğulayıb: “Biz UNESCO-ya da müraciət etdik. Orda olan xalçaların Qarabağ xalçaları olduğu faktlarla sübuta yetirildi. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar, xüsusilə də UNESCO məsələ ilə bağlı konkret addımlar atmır. Bu da onun siyasiləşmiş təşkilat olmasından xəbər verir. Ancaq bu o demək deyil ki, biz dayanacağıq. Həmin xalçaların hazırda Azərbaycana qaytarılması mümkün olmasa da qeyri-qanuni olan bir məsələnin pislənməsini gözləyirik”.