03 fevral 2022 15:52
817

Ermənilərin saxtalaşdırdığı alban kilsələri ilə bağlı sübutlar toplanır

“Ermənilər abidələrimiz üzərində izlər qoyublar, bununla bağlı hazırda sübutlar toplayırıq”.

“İki sahil” xəbər verir ki,  bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

İşçi qrupun yaradıldığını deyən nazir, həmin qrupda alban tarixini, mədəniyyətini, yazılarını bilən mütəxəssislərin yer aldığını vurğulayıb: “Biz həmin mütəxəssislərlə birgə azad edilmiş ərazilərə baxış keçirib sonra növbəti addımlar atacağıq. Bununla bağlı albanşünaslıq sahəsində beynəlxalq ekspertlərə iş aparılır, onların Azərbaycana dəvət edilməsi planlaşdırılır. Bildiyiniz kimi, təhlükəsizlik baxımından həmin ərazilərə gedə bilmirik. Növbəti mərhələlərdə həm yerli, həm də beynəlxalq mütəxəssislərlə birgə erməniləşdirilmiş alban abidələrinin olduğu ərazilərə gedəcəyik və saxtakarlıqları sənədləşdirib beynəlxalq ictimaiyyətə təqdim edəcəyik”.