07 fevral 2022 00:35
859

Azərbaycan və Türkiyə ortaq filmlər çəkəcək

Azərbaycan Türkiyənin kinematoqrafiya sahəsində olan təcrübəsindən yararlanmaq istəyir.

“İki sahil” xəbər verir ki,  bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov ‘Dailiy Sabah’ dərgisinə müsahibəsində deyib.

O, qeyd edib ki, iki ölkə ortaq filmlər çəkməyi planlaşdırır.

Eyni zamanda Azərbaycan 2023-cü ildə türk dünyasından seçilmiş filmlərin təqdim olunacağı festivala ev sahibliyi etmək niyyətindədir.