Rusiyalı gənc aktrisa, rejissor Valeri Todorovskinin həyat yoldaşı Yevgeniya Brik vəfat edib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri ailənin yaxınlarına istinadən məlumat yayıb.
41 yaşlı aktrisanın ölümünün səbəbi hələ ki, açıqlanmır. Məlumata görə, o, Los-Ancelesdə müalicə olunub. Həyat yoldaşı son günədək onun yanında olub.
Ailəsindən aktrisanın koronavirusa yoluxmadığı bildirilib.
Y. Brik 3 sentyabr 1981-ci ildə anadan olub. O, “Mülayimləşmə” serialı, “Stilyaqi” və digər filmlərdəki rolları ilə tanınıb.