14 fevral 2022 16:19
762

Abidələrə müdaxilə ilə bağlı cəzaların sərtləşdirilməsi təklif olunur

Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə fiziki və hüquqi şəxsləri abidələrə müdaxilədən çəkindirmə amillərinin gücləndirilməsi ilə bağlı dəyişiklik edilməsi təklif olunur.

“İki sahil” xəbər verir ki, bu, "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın icrası üzrə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyəti üzrə səmərəlilik (performans) auditinin nəticələrinə dair auditor hesabatında qeyd olunub.

Bildirilib ki, fiziki və hüquqi şəxsləri abidələrə müdaxilədən çəkindirmə amillərinin gücləndirilməsi üçün Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində abidələrin bərpası və konservasiyası üzrə vahid siyasətin yeridilməsi məqsədilə qanun pozuntularının abidəyə ziyanvurma dərəcəsinə, ziyanın bir və ya bir neçə şəxs tərəfindən vurulmasına, belə pozuntuya birinci dəfə və ya təkrar yol verilməsinə uyğun təsnifatlaşdırılması, məsuliyyət müddətinin artırılması və cəza tədbirlərinin sərtləşdirilməsi təklif olunur.