Bollivudda "diskoteka dövrü”nün klassiki hesab edilən tanınmış hind bəstəkarı və müğənnisi Bappi Lahiri (əsl adı Alokesh Lahiri) 69 yaşında vəfat edib.
"İki sahil" TASS-a istinadən xəbər verir ki, bu barədə “Press Trust of India” xəbər agentliyi məlumat verib.
Klinikadan bildirilib ki, onun ölüm səbəbi yuxuda nəfəsinin dayanması olub.
Lahiri hind kino musiqisində diski üslubunun yaradıcısı hesab edilir. O, 1970-1980-ci illlərdə çəkilmiş bir çox filmin bəstəkarı olub. Lahiri “Disko rəqqası”, “Rəqs et, rəqs et”, “Sevgi ,sevgi, sevgi” kimi keçmiş SSRİ və Azərbaycanda da sevilən filmlərin musiqisinin müəllifidir. Bu filmlərdəki bəzi mahnıları o, özü ifa edib.