Martın 27-də baş tutacaq 94-cü "Oskar" mükafatlandırma mərasimində daha bir ilk yaşanacaq.
“İki sahil” xəbər verir ki, ilin ən yaxşı filmi tamaşaçıların tviterdəki səsverməsi nəticəsində müəyyənləşəcək. Belə ki, ötən il yayımlanan istənilən filmə #OscarsFanFavorite həştəqi vasitəsilə səs vermək mümkündür. Səsvermə mart ayının 3-bə qədər davam edəcək. İstifadəçi gün ərzində yalnız 20 səsvermə hüququna malikdir.
Bundan başqa, səsvermədə iştirak edən 5 nəfərə kinoteatrlara 1 illik pulsuz biletlər, striminq servislərinə abunə və Kino Sənəti Akademiyası Muzeyindən suvenirlər təqdim olunacaq. Həmçinin 3 nəfər Los-Ancelesə səyahət və "Oskar 2023" mükafatının təqdimetmə mərasiminə dəvətnamə alacaq.
Qeyd edək ki, bu ilin mərasimin təqdimatı 3 aparıcı xanıma həvalə edilib: aktrisalar Regina Xall, Vanda Sayks və komediya ustası Emi Şumer.