23 fevral 2022 12:21
971

Nazir: Musiqi və incəsənət məktəblərində özəl sektora şərait yaradacağıq

"Musiqi və incəsənət məktəblərində özəl sektora şərait yaradacağıq".

“İki sahil” xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Yaradıcı sənayedə çağırışlar və biznes imkanları” mövzusunda ictimai müzakirədə deyib.

O bildirib ki, kadrların yetişdirilməsi əsas prioritetlərdən biridir: "Bu məkanlar sahibkarlara güzəştli şərtlərlə veriləcək. Biz onlara şərait yaradacağıq ki, həmin məkanlarda treninqlər keçə bilsinlər. Əgər layihə uğurlu olarsa, bu işi davamlı həyata keçirəcəyik".