23 fevral 2022 14:09
738

Nazirlik: ƏSA Teatrının fəaliyyətini yüksək qiymətləndiririk

"ƏSA Teatrının fəaliyyətini yüksək qiymətləndiririk. Nəzərə alırıq ki, bu teatr inklüziv fəaliyyəti də təqdim edir. Ona görə də bizim bu teatra böyük rəğbət və dəstəyimiz var".

“İki sahil” xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Yaradıcı sənayedə çağırışlar və biznes imkanları” mövzusunda ictimai müzakirədə deyib.

"Teatra dəstək məsələsinə gəldikdə isə bu gün mədəniyyət müəssisələrinə güzəştli şərtlərin verilməsi məsələsi nəzərdən keçirilir. Bu məsələdə ƏSA Teatrı da nəzərə alınacaq və teatrın müəssisələrimizdə güzəştli şərtlərlə məşqlərini keçirilməsi məsələsinə də baxılacaq", - nazir vurğulayıb.