23 fevral 2022 20:23
729

Masallıda şahmat üzrə rayon birinciliyi keçirilib

21-23 fevral 2022-ci il tarixdə Uşaq-Gənclər İdman Şahmat Məktəbində Masallı rayon Gənclər və İdman idarəsinin və Masallı rayon UGİŞM-nin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunan həsr olunmuş məktəblilər arasında Şahmat üzrə rayon birinciliyi keçirilib.

Yarışın əsas məqsədi Xocalı faciəsi qurbanlarının  xatirəsini əziz tutmaq,  uşaq və yeniyetmələrin idmana cəlb edilməsi, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi həmçinin  rayonda şahmat idman növünə olan marağın artırılmasından ibarət olub.

3 gün davam edən birincilikdə 100 nəfərə yaxın idmançı öz zehini gücünü nümaiş etdirib. Olduqca gərgin mübarizə şəraitində keçirilən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər İdman Şahmat Məktəbi tərəfindən diplomlarla mükafatlandırılıblar.

Əlihüseyn Şükürov